14 C
Baku
20 Aprel 2026, 3:39
Dünya

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Türkiyə Qərbi Afrika ölkəsi Sierra Leonedə ana və uşaq sağlamlığına yönəlmiş yeni xəstəxana layihəsini həyata keçirməyə hazırlaşır.

Bu barədə Türkiyənin Fritaun şəhərindəki səfiri Yusuf Burak Rende məlumat verib. O bildirib ki, Ankara hər zaman Sierra Leoneyə dəstək göstərib və yeni layihə iki ölkə arasında əməkdaşlığın mühüm mərhələsi olacaq.

Səfir qeyd edib ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın xanımı Emine Erdoğanın təşəbbüsü ilə Kenema, Koidu və Makeni şəhərlərinə xidmət göstərəcək xəstəxananın tikintisinə başlanacaq. Layihə Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı (TİKA) tərəfindən icra olunacaq.

Yeni tibb müəssisəsi 2-3 şəhər və ətraf kəndləri əhatə edərək doğuş prosesi, yenidoğulmuşların əsas tibbi xidməti və intensiv terapiya xidmətləri təqdim edəcək. Rende vurğulayıb ki, layihə hər gün yüzlərlə insanın həyatına birbaşa təsir göstərəcək və 2-3 il ərzində tamamlanması planlaşdırılır.

Səfir əlavə edib ki, iki ölkə arasında ticarət əlaqələri də inkişaf edir. Hər il təxminən 30 Sierra Leone vətəndaşı Türkiyəyə təhsil və ixtisasartırma kurslarına göndərilir ki, bu da xalqlar arasında münasibətləri daha da möhkəmləndirir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

1 şərh

Filarmoniyada “Mərhəmət Gecəsi” keçirildi - BuGün TV 4 Mart 2026, 17:01 at 17:01

[…] sonra layihənin icraçıları – Əməkdar jurnalist Elnarə Dərziyeva və aparıcı Səbuhi Zaman təşəkkürnamələrlə təltif […]

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu