13 C
Baku
20 Aprel 2026, 1:34
Səhiyyə

Həkim ən yaxşı duş vaxtını açıqladı

Terapevt və profpatoloq Svetlana Burnatskaya duş qəbul etmək üçün ən uyğun vaxtın axşam saatları olduğunu bildirib.

O, bu barədə Lenta.ru nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, “duşu nə vaxt qəbul etmək daha yaxşıdır?” sualına universal cavab yoxdur.

Səhər saatlarında qəbul edilən duş insanın oyanmasına, gümrahlaşmasına və günə hazırlaşmasına kömək edir. Axşam duşu isə gün ərzində yığılan tər və yorğunluğu aradan qaldırır, psixoloji olaraq istirahət rejiminə keçidi asanlaşdırır.

Burnatskaya hesab edir ki, gigiyena baxımından, xüsusilə böyük şəhərlərdə yaşayan insanlar üçün axşam duşu daha məqsədəuyğundur.

O, həmçinin ən optimal variant kimi axşam isti, gigiyenik duşu qısa səhər sərin duşu ilə birləşdirməyi tövsiyə edib.

Həkim əlavə edib ki, seçim zamanı fərdi xüsusiyyətlər də nəzərə alınmalıdır. Məsələn, yuxu problemi olanlara axşam rahatladıcı prosedurlar, səhər halsızlıq yaşayanlara isə tonuslandırıcı su prosedurları daha uyğundur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

BİLİRDİNİZMİ? Yuxu keyfiyyəti beyin yaşını və demensiya riskini təsir edir

Aynur Camal

Qan təzyiqini ölçərkən tez-tez edilən səhvlər və timusun insan sağlamlığındakı rolu

Aynur Camal

Kərə yağı niyə saralır: bu normaldır, yoxsa saxlama səhvi?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu