Səhiyyə

Ürək xəstəlikləri üçün qiymətləndirilməyən risk faktoru açıqlandı

Yuxu pozuntuları ürək-damar xəstəliklərinin inkişafında düşünüldüyündən daha böyük rol oynaya bilər. Bu nəticə ABŞ-ın Yale School of Medicine tədqiqatçılarının araşdırmasında ortaya çıxıb. Tədqiqatın nəticələri nüfuzlu Journal of the American Heart Association (JAHA) jurnalında dərc edilib.

Alimlər 11 sentyabrdan sonra xidmət etmiş təxminən 1 milyon amerikalı veteranın məlumatlarını təhlil ediblər. Məlum olub ki, həm yuxusuzluqdan, həm də obstruktiv yuxu apnoesindən eyni vaxtda əziyyət çəkən şəxslərdə hipertoniyanın və digər ürək-damar xəstəliklərinin riski daha yüksəkdir. Bu iki pozuntunun birgə mövcudluğu COMISA (comorbid insomnia and sleep apnea) adlandırılır.

Tədqiqatın ilk müəllifi, Yale Universitetinin kardiologiya üzrə dosenti Allison Qeffi bildirib ki, səhiyyə sistemi əsasən artıq inkişaf etmiş ürək xəstəliklərinin müalicəsinə fokuslanır, lakin erkən və dəyişdirilə bilən risk faktorlarına az diqqət yetirilir. Onun sözlərinə görə, yuxu problemləri çox vaxt ikinci dərəcəli məsələ kimi qiymətləndirilir.

Mütəxəssislər vurğulayırlar ki, yuxu zamanı ürək-damar sistemi “yenilənir” — təzyiq azalır, ürək ritmi stabilləşir və damarlar bərpa olunur. Yuxu tez-tez pozulduqda isə orqanizm bu bərpa imkanından məhrum qalır. Alimlər yuxu keyfiyyətinin qan təzyiqi və xolesterin səviyyəsi kimi mütəmadi yoxlanılmasını tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Filarmoniyada “Mərhəmət Gecəsi” keçirildi

Aynur Camal

Həkim orqanizmdə maqnezium çatışmazlığını aradan qaldıran qidaları açıqladı

Aynur Camal

Alimlər: Vitamin K yaşlılarda əzələ gücünün azalmasının qarşısını ala bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu