Dünya

ABŞ vətəndaşlarına İraqı tərk etmək çağırışı edib

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etmələri barədə çağırış edib.

Səfirliyin yaydığı təhlükəsizlik xəbərdarlığında bildirilib ki, bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda ABŞ vətəndaşlarının İraqdan ayrılması tövsiyə olunur. Qeyd olunub ki, ABŞ hökuməti Yaxın Şərqdən amerikalıların təxliyəsinə kömək etmək üçün bütün mümkün variantları nəzərdən keçirir.

Məlumata görə, hazırda İraqdan kommersiya uçuşları həyata keçirilmir. Bununla belə, ölkəni quru yolu ilə tərk etmək mümkündür. ABŞ vətəndaşlarına İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyə istiqamətində quru sərhəd keçidlərindən istifadə edə biləcəkləri bildirilib.

Açıqlamada qeyd olunub ki, sərhəd-keçid məntəqələrinin əksəriyyəti açıqdır, lakin onların əvvəlcədən xəbərdarlıq edilmədən bağlanması ehtimalı da mövcuddur. Bu səbəbdən ABŞ vətəndaşlarına təhlükəsiz hesab etdikləri təqdirdə ölkəni quru yolu ilə tərk etməyi ciddi şəkildə nəzərdən keçirmələri tövsiyə olunub.

Eyni zamanda, İraqda qalmağa qərar verən amerikalılara uzun müddət təhlükəsiz bir məkanda qalmağa hazır olmaları, həmçinin qida, su və dərman kimi əsas ehtiyaclarını ehtiyatda saxlamaları tövsiyə edilib.

Təhlükəsizlik xəbərdarlığında İraq hava məkanında raket, pilotsuz uçuş aparatı və minaatan hücumları riskinin davam etdiyi vurğulanıb. Bildirilib ki, İran və ona bağlı silahlı qruplar ABŞ vətəndaşları və Amerika maraqları üçün ciddi təhlükə yaratmaqda davam edir.

Bundan əlavə, İraq rəsmilərinin Bağdaddakı “Yaşıl Zona”nı böyük ölçüdə bağladığı qeyd olunub. Mövcud təhlükəsizlik tədbirləri səbəbilə ABŞ vətəndaşlarına Bağdaddakı ABŞ səfirliyinə və ya Ərbildə yerləşən Baş Konsulluğa getməmələri barədə də xəbərdarlıq edilib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ İranın yeni liderinin seçilməsində birbaşa rol oynamalıdır

Aynur Camal

Portuqaliya biomüxtəlifliyi qorumadığı üçün Aİ məhkəməsi tərəfindən 10 milyon avro cərimələnib

Aynur Camal

İran XİN rəhbəri: Naxçıvandakı PUA hücumunun arxasında İsrail ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu