Dünya

İran XİN rəhbəri: Naxçıvandakı PUA hücumunun arxasında İsrail ola bilər

İranın xarici işlər naziri Abbas Araqçi Naxçıvan Muxtar Respublikasına kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla İranın əlaqəsinin olmadığını bildirib və hadisənin İranı günahlandırmaq məqsədilə İsrail tərəfindən təşkil edildiyini iddia edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Araqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Danışıq zamanı İran tərəfi Azərbaycanla mehriban qonşuluq siyasətinə sadiq olduğunu vurğulayıb və Tehran rəhbərliyinin Bakı ilə bütün sahələrdə münasibətləri daha da genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Nazir Araqçi Naxçıvanda baş verən PUA hücumuna da toxunaraq İranın bu hadisə ilə əlaqəsinin olmadığını iddia edib. O, xüsusilə İsrailin belə hücumlar vasitəsilə ictimai rəyi çaşdırmağa və İranın qonşu ölkələrlə münasibətlərini pozmağa çalışdığını bildirib. İran rəsmisinin sözlərinə görə, son günlər bu cür hallara bənzər hadisələr də müşahidə olunub.

Eyni mövqe İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən də səsləndirilib. Qurumun açıqlamasında Naxçıvanda baş verən PUA hücumunda İranın iştirak etmədiyi və hadisənin İranı günahlandırmaq üçün İsrail tərəfindən təşkil edildiyi iddia olunub.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasına İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücum həyata keçirildiyini açıqlayıb. Məlumata görə, hücum nəticəsində müəyyən zərər qeydə alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə Naxçıvana edilən hücumu “terror aktı” kimi qiymətləndirərək İran rəhbərliyindən rəsmi üzr istəməsini və hadisə ilə bağlı aydın izahat verilməsini tələb edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdə gərginlik neftin qiymətini 112 dollardan yuxarı qaldırdı

Aynur Camal

Qəzzada xəstəxanalar yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandıra bilər

Aynur Camal

Zeytun yığımı zamanı 409 hücum qeydə alındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu