Image default
Dünya

Məhəmməd Əsədullazadə: İran Xəzərdə təxribatlara əl ata bilər

Siyasi ekspert Məhəmməd Əsədullazadə Azərbaycanın Xəzər dənizində enerji infrastrukturu ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib.

Bugun.tv xəbər verir ki, ekspert bu barədə sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizində yerləşən neft-qaz platformalarının və kəmərlərin mühafizəsini daha da gücləndirməlidir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, İran rejimi Xəzər dənizində terror və təxribat xarakterli addımlar ata bilər. Ekspert bildirib ki, rəsmi Tehran terrorçu mahiyyətini açıq şəkildə davam etdirir.

Onun sözlərinə görə, hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri dəfələrlə Azərbaycanı hədəf alan açıqlamalar veriblər və bu cür addımlar ilk dəfə baş vermir.

Ekspert paylaşımında həmçinin vurğulayıb ki, ABŞ və İsrail İrandakı mövcud rejimin zəiflədilməsi istiqamətində siyasət aparır.

Aynur Camal

Oxşar xəbərlər

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu