Image default
Dünya

Tramp: ABŞ İranın yeni liderinin seçilməsində birbaşa rol oynamalıdır

ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın ali dini lideri Əli Xamenei öldürüləndən sonra ölkədə yeni liderin seçilməsi prosesində ABŞ-ın birbaşa iştirak etməsi lazım olduğunu düşünür.

Bu barədə Trump Amerikalı Axios xəbər portalına açıqlamasında bildirib.

Trump Xamenei’nin oğlu Mücteba Xameneinin (Mojtaba Khamenei) İranın yeni dini lideri olması ideyasını “qəbuledilməz” adlandırıb və bu halın İranla münasibətləri daha da gərginləşdirə biləcəyini bildirib. O deyib ki, ABŞ “hər zaman uyum və sülh gətirəcək bir lider” istəyir və bu səbəbdən bu prosesdə iştirak etməli olduğunu vurğulayıb.

Trump sözlərini Venesuela nümunəsi ilə müqayisə edib və orada rəhbərliyin dəyişməsi prosesində ABŞ-ın rolunu xatırladıb. O bildirib ki, belə bir yanaşmanın İran üçün də müsbət nəticələr verə biləcəyini düşünür.

Prezident həmçinin vurğulayıb ki, Xamenei’nin siyasətlərini davam etdirəcək bir liderin ABŞ tərəfindən qəbul edilməməsi gərginliyi daha da artıraraq ölkəni beş il ərzində yenidən savaşa sürükləyə bilər.

Hazırda İran rəsmi şəkildə yeni ali dini lideri elan etməyib və ölkənin “Mütəxəssislər Məclisi” (Assembly of Experts) bu prosesə nəzarət edir. Trump isə bu prosesdə ABŞ-ın rolunun vacib olduğunu müdafiə edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu