11 C
Baku
21 Aprel 2026, 19:48
Dünya

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Rusiya

Bu gün Kremlinin sözçüsü Dmitri Peskov bildirib ki, Finlandiyanın nüvə silahı ilə bağlı son açıqlamaları Avropada gərginliyin artmasına səbəb olur.

Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında deyib ki, Finlandiya öz ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə Rusiyanı təhdid edir.

Onun sözlərinə görə, belə bir addım atılarsa, Rusiya buna uyğun tədbirlər görəcək.

O qeyd edib ki, Finlandiya tərəfinin bu istiqamətdə səsləndirdiyi bəyanatlar Avropa qitəsində təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.

Peskov bu açıqlamanı Finlandiyanın müdafiə naziri Antti Hakkanenın ölkədə 1980-ci ildən qüvvədə olan nüvə silahı qadağasının yumşaldılması və nüvə silahlarının idxalına icazə verilməsi ilə bağlı planlar barədə fikirlərini şərh edərkən səsləndirib.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya Çin və Hindistan ilə enerji sahəsində əməkdaşlığını davam etdirir. Onun sözlərinə görə, İranda baş verən müharibə səbəbindən Rusiya enerji resurslarına tələbat xeyli artıb.

O həmçinin qeyd edib ki, Rusiya neft, təbii qaz və mayeləşdirilmiş qaz sahəsində etibarlı təchizatçı olaraq müqavilələr çərçivəsində tədarükü təmin edir.

Dmitri Peskov, İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiyanın və Çinin İrana siyasi və digər sahələrdə yardım göstərdiyi barədə açıqlamasına münasibət bildirib. Və Moskvanın Tehranla dialoqu davam etdirdiyini vurğulayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu