13 C
Baku
24 Aprel 2026, 11:21
Dünya

İranın yeni ali liderinin soyadı Xamenei olacaq

İran yeni ali lider, Xamenei soyadı, Əli Xamenei ölümü, Müctəba Xamenei, İran Ekspertlər Şurası, İran siyasəti, İran ali lider seçimi.

İranın yeni ali liderinin soyadının mərhum dini lider Əli Xamenei ilə eyni olacağı bildirilib.

Bu barədə yeni liderin seçilməsi prosesində iştirak edən Ekspertlər Şurasının üzvlərindən biri məlumat verib. Onun sözlərini Al Hadath telekanalı yayıb.

Şura üzvü qeyd edib ki, yeni ali lider artıq seçilib. “Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq”, – deyə o bildirib.

Son vaxta qədər bu vəzifə üçün əsas namizədin mərhum dini liderin oğlu Müctəba Xamenei olduğu düşünülürdü.

Məlumatlara görə, şənbə günü İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal edilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu