Digər

“İsrail və ABŞ İranda rejimi dəyişməkdə uğursuz olub”

Dünya Siyasəti

Siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında ABŞ və İsrailin İranda rejimi dəyişdirmək səylərini şərh edib.

O bildirib ki, İsrailin Baş naziri Benjamin Netanyahu çıxışında etiraf edib ki, xalq özü İranda rejimi devirməlidir. Bu, ABŞ və İsrailin İran rejimini dəyişmək gücündə olmadığını göstərir.

Əsədullazadə qeyd edib ki, hazırda davam edən hərbi əməliyyatlar yalnız İranın hərbi infrastrukturunu sıradan çıxarmağa hesablanıb. Ali dini lider Əli Xamenei-nin öldürülməsi planı da xalqın ayağa qalxması və rejimin süqut etməsinə yönəlmişdi, lakin bu məqsəd əldə olunmayıb və növbəti mərhələdə də gözlənilmir.

O, əlavə edib ki, sabiq ABŞ prezidenti Donald Tramp yeni liderin ortaya çıxması və Venesuela ssenarisini tətbiq etmək istəyir, lakin İranın SEPAH qüvvələri müqaviməti davam etdirdiyi üçün bu plan baş tutmayacaq. ABŞ əsasən prezident M. Pezeşkian və onun hökuməti ilə işləməyə hazırdır.

Əsədullazadə vurğulayıb ki, SEPAH-ın M. Xamenei-nin dini lider seçimi ABŞ-ın planının qarşısını alıb. ABŞ-ın hazırkı strategiyası isə yalnız İranın hərbi və mülki infrastrukturunu sıradan çıxarmaqla özünü qalib elan etməkdən ibarətdir.

Aynur Camal

Oxşar xəbərlər

Putin İran Prezidenti Pezeşkian ilə telefonla danışdı

Aynur Camal

Şirkətlər laboratoriyada süni şokolad hazırlayıb: istehsala 2026-cı ilin sonu planlaşdırılır

Aynur Camal

Alimlər müəyyən edib: bəzi meyvə şirələri COVID-19 virusunun aktivliyini azalda bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu