10 C
Baku
12 Mart 2026, 18:50
Baş xəbər

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Ramazan ayında ən çox verilən suallardan biri fitrə zəkatının nə vaxt və hansı məbləğdə verilməsi ilə bağlıdır.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, fitrə zəkatının məbləği insanların maddi imkanından və hesablanan ərzağın qiymətindən asılı olaraq dəyişə bilər.

Onun sözlərinə görə, Azərbaycanda bu məbləğ təxminən 10–15 manat aralığında ola bilər. Məbləğ fitrə zəkatının hansı ərzaq məhsulu üzrə hesablanmasından asılıdır. Məsələn, buğda ilə hesablandıqda daha aşağı, xurma və ya düyü ilə hesablandıqda isə daha yüksək ola bilər.

Ceyhun Məmmədov qeyd edib ki, bəzi islam alimləri fitrə zəkatının yalnız ərzaq şəklində verilməli olduğunu vurğulayır. Lakin müasir dövrdə bir sıra din alimləri ərzağın dəyəri qədər pul şəklində verilməsini də mümkün hesab edirlər.

Deputatın fikrincə, indiki şəraitdə fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğun ola bilər. Çünki ehtiyacı olan insanlar həmin vəsaitlə özlərinə daha zəruri olan ərzaq və ya digər ehtiyaclarını qarşılaya bilərlər.

O, həmçinin vurğulayıb ki, imkanı olan hər bir şəxs fitrə zəkatını verməlidir və bu yardım mütləq ehtiyacı olan insanlara çatdırılmalıdır.

Fitrə zəkatının verilmə vaxtına gəlincə, deputat bildirib ki, bu zəkat Ramazan ayının son gününə qədər, ən gec isə bayram namazınadək verilməlidir.

Deputat paylaşımında Allahdan bütün oruc və duaların qəbul olunmasını istəyib. Dövlətimizə, xalqa birlik və həmrəylik arzulayıb, həmçinin şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Aynur Camal

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu