13 C
Baku
27 Aprel 2026, 20:22
İqtisadiyyat

“Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi və geo-siyasi mövqeyini gücləndirəcək”

İqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışını şərh edib.

O, sosial media hesabında paylaşdığı şərhində vurğulayıb ki, Ermənistanla sülh prosesi Orta Dəhlizin genişləndirilməsi və Naxçıvanla birbaşa əlaqənin yaradılması imkanlarını aktuallaşdırır.

Vüqar Bayramov qeyd edib ki, İran müharibəsi başlayandan sonra regionda geo-siyasi təhdidlər artıb və bu, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpasını daha da vacib edir. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi iki ölkə arasındakı münasibətlərdə mühüm rol oynayacaq. Dəhlizin TRİPP hissəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatını bərpa edəcək.

Deputatın vurğulamasına görə, Zəngəzur dəhlizi 15 milyon ton ötürmə potensialına malik olacaq və regionun inkişafına xüsusi töhfə verəcək. Orta Dəhlizin mühüm seqmentinə çevriləcək bu dəhliz Azərbaycanın geo-siyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.

Vüqar Bayramov bildirib ki, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artacağı proqnozlaşdırılır və yüklərin 10–15 faizi Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan ildə təxminən 3 milyard dollar tranzit gəliri əldə edə bilər. Deputat bunun həmçinin sülhün iqtisadi dividentləri anlamına gəldiyini əlavə edib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Dövlət satınalmalarında süni intellektin tətbiqi genişləndirilməlidir

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft sektoru Azərbaycanın iqtisadi artımında əsas drayverdir

Aynur Camal

Trampın qərarından sonra bazarlarda canlanma: neft ucuzlaşdı, səhmlər yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu