Baş xəbər

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Milli Məclisin deputatı deputatı Ceyhun Məmmədov Ramazan ayının ən müqəddəs gecələrindən sayılan Qədr gecəsinin fəzilətləri barədə paylaşım edib.

Deputat bildirib ki, insanların ən çox verdiyi suallardan biri Qədr gecəsinin Ramazan ayının hansı günlərinə təsadüf etməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu barədə Məhəmməd peyğəmbər belə buyurub: “Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində – ayın axırına doqquz, yeddi və ya beş gecə qalmış axtarın”.

Paylaşımda qeyd olunub ki, Ramazan ayında və xüsusilə Qədr gecələrində ən çox tövsiyə edilən əməllərdən biri Allaha dua etməkdir. Bu gecələrin ibadət, tövbə və mənəvi saflaşma üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

O həmçinin bildirib ki, müstəqil və güclü dövlət qurmaq hər xalqa nəsib olmur və insanlar bu müqəddəs günlərdə ölkənin firavanlığı üçün dua etməlidirlər.

“Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!” – deyə deputat sonda qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu