İran hökuməti ölkənin cənubunda yerləşən Minab şəhərində qız məktəbinə qarşı həyata keçirilmiş ölümcül hücumla bağlı ABŞ və İsraildən təzminat tələb etməyə hazırlaşır.
Bu barədə İranın Moskvadakı səfiri Kazem Celali açıqlama verib.
Məlumata görə, fevralın 28-də baş verən hücum nəticəsində əksəriyyəti uşaqlar olmaqla 160-dan çox insan həyatını itirib. Hadisə ilə bağlı aparılan araşdırmalar artıq tamamlanıb və rəsmi nəticələrə əsasən, hücumun məsuliyyətinin ABŞ-ın üzərinə düşdüyü iddia olunur.
İran rəsmiləri bildiriblər ki, baş verən faciə nəticəsində çoxsaylı insan itkisi və ciddi dağıntılar qeydə alınıb. Bu səbəbdən Tehran həm maddi ziyanın, həm də insan tələfatının kompensasiya olunması üçün beynəlxalq hüquq çərçivəsində addımlar atacaq.
Ekspertlər hesab edirlər ki, bu məsələ beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb ola bilər və tərəflər arasında diplomatik gərginliyi daha da artıracaq. Hadisə həmçinin regionda təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Mənbə: TrtHaber
