27 C
Baku
21 Sentyabr 2026, 13:51
İdman

İran Dünya Kuboku oyunlarının Meksikaya keçirilməsi üçün FIFA ilə danışıqlar aparır

İran Futbol Federasiyası 2026-cı il üzrə FIFA Dünya Kuboku 2026 çərçivəsində milli komandanın ABŞ-da keçirilməsi planlaşdırılan oyunlarının təhlükəsizlik səbəbilə Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlara başlayıb.

Federasiyanın prezidenti Mehdi Taj bildirib ki, mövcud geosiyasi vəziyyət və təhlükəsizlik riskləri bu addımı zəruri edir.

Məlumata görə, bu qərar Donald Trumpın İran millisinin ABŞ-a səfərinin təhlükəsizlik baxımından məqsədəuyğun olmadığı ilə bağlı açıqlamasından sonra gündəmə gəlib. Mehdi Taj qeyd edib ki, əgər komandanın təhlükəsizliyi təmin olunmayacaqsa, İran millisi ABŞ-a getməyəcək və alternativ variant kimi oyunların Meksikada keçirilməsi üçün çalışacaq.

Bununla yanaşı, İranın turnirdə iştirakı hələ də qeyri-müəyyən olaraq qalır. Daha əvvəl ölkənin idman naziri hücumlar fonunda yarışda iştirakın “mümkünsüz” ola biləcəyini bildirmişdi. Federasiyanın Meksika variantı isə turnirdən tam imtina əvəzinə alternativ həll yolu kimi qiymətləndirilir.

Qeyd edək ki, ilkin plana əsasən İran millisi Los Angeles və Seattle şəhərlərində oyunlarını keçirməli idi. FIFA isə məsələ ilə bağlı hələ də rəsmi mövqe açıqlamayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Manchester derbisində hakim səhvi rəsmən etiraf edildi

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu