Dünya

İrlandiya Hürmüz Boğazı missiyasına qoşulmaqdan imtina etdi

ABŞ-ın Hürmüz Boğazı ətrafına hərbi dəniz qüvvələri yerləşdirmə çağırışına cavab olaraq, İrlandiya hökuməti bu missiyada iştirak etməyəcəyini açıqlayıb.

İrlandiyanın Baş naziri Micheál Martin bildirib ki, ölkəsi sözügedən hərbi əməliyyata qoşulmaq niyyətində deyil. ABŞ-ın çağırışına baxmayaraq, bir sıra Avropa ölkələrinin də Hürmüz Boğazında hərbi iştirakdan imtina etdiyi qeyd olunur. Rəsmilər İranla artan gərginlik fonunda hərbi müdaxilə planlarının olmadığını vurğulayıblar.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump “bir çox ölkənin” Vaşinqtona dəstək verməyə hazır olduğunu desə də, konkret dövlətlərin adlarını açıqlamamışdı.

Qeyd edək ki, Hürmüz Boğazı qlobal enerji bazarının əsas nöqtələrindən biri hesab olunur. İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədəki hücumlar zamanı boğazın əksər gəmilər üçün bağlandığını bildirib. Müharibədən əvvəl gündəlik təxminən 20 milyon barel neftin daşındığı bu strateji keçidin bağlanması dünya bazarında neft qiymətlərinin artmasına səbəb olub.

Hazırda ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də İranın cavab olaraq regiondakı hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirməsi fonunda qarşıdurma davam edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

2 milyarddan çox İtaliya lirəsi miras qaldı, amma pula çevrilə bilmir

Aynur Camal

CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

Ukrayna: Rusiyanın neft emalı gücü 45 faizindən çoxu sıradan çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu