Dünya

Netanyahu İran xalqına çağırış etdi: “Küçələrə çıxın, sizi qoruyacağıq”

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək onları küçələrə çıxmağa çağırıb.

Məlumata görə, Netanyahu Tel-Əvivdə yerləşən hərbi qərargahda yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüş zamanı çıxış edib. O, İsrailin İran ərazisində həyata keçirdiyi əməliyyatlara toxunaraq, ölkə daxilində etirazların genişlənməsinə çağırış edib.

Netanyahu bildirib ki, İsrail qüvvələri İran ərazisində müxtəlif hədəflərə zərbələr endirməyə davam edir və bu prosesdə İran xalqının təhlükəsizliyinin qorunacağını iddia edib. O, xüsusilə qarşıdan gələn Novruz bayramına işarə edərək, “Küçələrə çıxın, sizi qoruyacağıq” mesajını verib.

Qeyd edək ki, son dövrlərdə İran ilə İsrail arasında gərginlik daha da artıb. ABŞ-ın da dəstəklədiyi hərbi əməliyyatlar fonunda tərəflər qarşılıqlı hücumlar həyata keçirir. İran isə regiondakı bəzi ölkələrdə yerləşən ABŞ hərbi obyektlərini hədəfə alaraq cavab zərbələri endirib.

Müşahidəçilər hesab edir ki, bu cür çağırışlar regionda vəziyyəti daha da gərginləşdirə və yeni qarşıdurmalara səbəb ola bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Melaniya Tramp MMA turnirində diqqət mərkəzində oldu

Aynur Camal

Neft tankerləri Hörmüz boğazına yönəlməyə başladı

Aynur Camal

Su-24M bombardman təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu