Dünya

İran, Netanyahunun çıxışı zamanı İsrailə raket zərbəsi endirdi

İran, İsrail Baş naziri Benjamin Netanyahunun mətbuat konfransı keçirdiyi vaxt İsrailin şimal bölgələrinə raket hücumu həyata keçirib.

İsrail ordusunun yaydığı məlumata görə, İran tərəfindən atılan raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən qarşılanmağa çalışılıb. Əhaliyə dərhal sığınacaqlara enmək və təhlükəsizlik təlimatlarına əməl etmək çağırışı edilib.

İsrail mətbuatı hücumun ölkənin şimalını hədəf aldığını və bölgə üzrə hava həyəcan siqnallarının verildiyini bildirib.

Hücumun məhz Netanyahunun canlı çıxışı zamanı baş verməsi diqqət çəkən məqam kimi qeyd olunur.

İsrailin təcili tibbi yardım xidməti olan “Qırmızı Davud Ulduzu” (Magen David Adom) tərəfindən bildirilib ki, raketlərin düşdüyü ehtimal edilən ərazilərə dərhal xilasedici və tibbi briqadalar göndərilib. Hadisə ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı qeyd olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu