25 C
Baku
23 Sentyabr 2026, 12:38
Sinqapur, avtobus cəriməsi, yüksək səslə musiqi, ictimai nəqliyyat, LTA, avtobus qaydaları, Sinqapur qanunları, sərnişin qaydaları
Dünya

Avtobuslarda yüksək səslə musiqiyə 500 dollara qədər cərimə

Bugun.tv xəbər verir ki, Sinqapurda ictimai avtobuslarda sərnişinləri narahat edən bir sıra davranışlara görə artıq qanun çərçivəsində cərimə tətbiq olunur.

Sinqapur Quru Nəqliyyat İdarəsinin (LTA) məlumatına görə, sentyabrın 23-dən qüvvəyə minən yeni qaydalar avtobuslarda və avtobus dayanacaqları ilə terminallarda qayda pozuntularına qarşı məsuliyyəti sərtləşdirib.

Yeni qaydalara əsasən, yüksək səslə musiqi və ya digər səslərin səsləndirilməsi, oturacaqlara ayaq qoyulması, avtobusda yemək və içmək, həmçinin zibil atmaq artıq hüquq pozuntusu hesab olunur. Bu əməllərə görə 500 Sinqapur dollarınadək cərimə tətbiq oluna bilər.

Daha ciddi pozuntulara, o cümlədən avtobus dayanacağı və terminallarda insanların hərəkətinə mane olmaq və ya təhlükə yaratmaq, həmçinin avtobusun, dayanacağın və ya terminalın hər hansı hissəsini çirkləndirmək daxildir. Bu hallarda cərimə 5 000 Sinqapur dollarınadək ola bilər.

Qaydaların icrasına avtobus şirkətlərinin səlahiyyətli əməkdaşları nəzarət edə biləcək. Sürücülər isə sərnişinlərdən narahatedici davranışı dayandırmağı tələb edə və zərurət yaranarsa onların avtobusdan düşməsini istəyə bilərlər.

LTA bildirir ki, yeni qaydaların məqsədi ictimai nəqliyyatda bütün sərnişinlər üçün daha sakit, təhlükəsiz və rahat mühit yaratmaqdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp Danimarka və Qrenlandiya ilə saziş imzaladı: Suverenlik Danimarkada qalır

Aynur Camal

Afrika böyük mobil ödəniş şirkəti London birjasına çıxmağa hazırlaşır

Aynur Camal

Atlantik okeanında mühüm cərəyanın zəiflədiyi aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu