16 C
Baku
26 Mart 2026, 18:06
Dünya

WSJ: ABŞ-ın İranda quru əməliyyatı başlaya bilər

The Wall Street Journal nəşrinin məlumatına görə, ABŞ yaxın günlərdə İranda quru əməliyyatına başlaya bilər.

Qəzetin müxbiri Alex Ward sosial media hesabında respublikaçı konqresmenlərə istinadən bildirib ki, Ağ Ev bu cür əməliyyata hazırdır. Onun sözlərinə görə, ABŞ rəsmiləri İranda quru əməliyyatının planlaşdırıldığına açıq şəkildə işarə edirlər.

Eyni zamanda, Axios portalının məlumatına görə, ABŞ Silahlı Qüvvələri İran ərazisinə zərbələri ən azı daha 2-3 həftə davam etdirməyi planlaşdırır. Bu prosesin Vaşinqton və Tehran arasında mümkün birbaşa danışıqlar baş tutsa belə davam edə biləcəyi bildirilir.

Bundan əvvəl The New York Times nəşri ABŞ-ın İran tərəfinə Yaxın Şərqdə münaqişənin dayandırılması üçün 15 maddədən ibarət plan təqdim etdiyini yazmışdı. Məlumata görə, bu plan artıq Tehrana çatdırılıb.

Lakin İran tərəfi ABŞ-la səmərəli danışıqların getdiyi barədə iddiaları təkzib edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada yağışlı hava turizmin cəlbedici hissəsinə çevrilir

Aynur Camal

Dünya şöhrətli restoranlarda “qaranlıq tərəflər” müzakirə olunur

Aynur Camal

Tramp: İranla bağlı hadisələr “müharibə” deyil, hərbi əməliyyatdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu