ABŞ Prezidenti Donald Trump İran ətrafında baş verən hadisələri “müharibə” adlandırmadığını açıqlayıb.
O bildirib ki, ABŞ hazırda İrana qarşı müharibə deyil, hərbi əməliyyat həyata keçirir. Trampın sözlərinə görə, “müharibə” termininin istifadəsi ABŞ Konqresinin rəsmi razılığını tələb edir.
“Əgər ‘müharibə’ desək, bu, təsdiq tələb edir. Ona görə də biz bunu hərbi əməliyyat kimi qiymətləndiririk”, – deyə o, Vaşinqtonda Respublikaçılar Partiyası üçün keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Tramp əlavə edib ki, bəzi siyasi dairələr, xüsusilə demokratlar baş verənləri müharibə kimi təqdim etsələr də, administrasiya fərqli yanaşma sərgiləyir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlara başlanılıb. Nəticədə Tehran da daxil olmaqla bir sıra şəhərlərə zərbələr endirilib. Buna cavab olaraq İran tərəfi də əks-hücum əməliyyatları həyata keçirdiyini açıqlayıb.
Mənbə: mail.ru
