İsraildə İran tərəfindən həyata keçirilən növbəti raket hücumu fonunda bir sıra bölgələrdə hava həyəcanı siqnalları verilib. Xüsusilə Tel Aviv başda olmaqla ölkənin mərkəzi və cənub hissələrində siren səsləri eşidilib.
İsrail ordusunun yaydığı məlumata görə, İran ərazisindən buraxıldığı müəyyən edilən raketlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri dərhal aktivləşdirilib. Gün ərzində bu, İran tərəfindən həyata keçirilən üçüncü cavab zərbəsi kimi qiymətləndirilir.
Yerli media orqanlarının məlumatına əsasən, atılan raketlərdən birinin çox başlıqlı olduğu iddia edilir. Həmçinin bəzi raketlərin açıq ərazilərə düşdüyü bildirilir. Yedioth Ahronoth qəzetinin xəbərinə görə isə Tel-Əviv istiqamətinə yönələn raketlərdən biri tam zərərsizləşdirilə bilməyib və parçaları müəyyən ərazilərə düşüb.
Hadisə nəticəsində dağıntı və ya ciddi zərər olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Bununla belə, Magen David Adom (Kızıl Davud Yıldızı) tərəfindən yayılan ilkin məlumata görə, hücum nəticəsində ölən və ya yaralanan qeydə alınmayıb.
Regionda gərginliyin davam etdiyi və tərəflər arasında qarşılıqlı hücumların artdığı müşahidə olunur.
Mənbə: TrtHaber
