Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhərində şiddətli yağışlar genişmiqyaslı selə səbəb olub.
Məlumata görə, bölgədə bir neçə gündür davam edən güclü yağış və külək nəqliyyat və gündəlik həyatı ciddi şəkildə iflic edib. Yağıntıların intensivliyi nəticəsində küçələrdə böyük su yığılmaları yaranıb, bir çox avtomobil yollarda hərəkətsiz qalıb.
Xüsusilə Şarikanın Cemal Abdunnasır küçəsi ərazisində vəziyyət daha kritik olub. Güclü yağışdan sonra baş verən sel nəticəsində onlarla avtomobilin su altında qaldığı sosial şəbəkələrdə yayılan görüntülərdə də əks olunub.
Hadisə ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri Milli Meteorologiya Mərkəzi ölkə üzrə fırtına və toz fırtınası xəbərdarlığı yayıb. Vətəndaşlara xüsusilə dəniz sahillərindən uzaq durmaq tövsiyə olunub.
Sinoptiklərin məlumatına görə, qeyri-sabit hava şəraitinin regionda hələ də davam etmə ehtimalı var. Bu isə həm nəqliyyat, həm də infrastruktur üçün əlavə risklər yaradır.
Mənbə: Anadolu Agentliyi
