National Geographic məlumatlarına əsasən, Yer kürəsində oksigen istehsalı ilə bağlı ən çox yayılan yanlış təsəvvürlərdən biri meşələrin əsas mənbə olmasıdır. Halbuki atmosferdəki oksigenin böyük bir hissəsi okeanlarda yaşayan mikroskopik canlılar – fitoplanktonlar tərəfindən istehsal olunur.
Bu canlılar Günəş şüasından istifadə edərək fotosintez prosesi həyata keçirir, karbon qazını udur və oksigen buraxır. Onların fəaliyyəti planetin iqlim balansında və atmosferin tərkibində həlledici rol oynayır. Mütəxəssislər fitoplanktonları Yer kürəsinin “görünməz ağciyərləri” adlandırır.
Okeanların bu funksiyası həm ekosistemlərin davamlılığı, həm də iqlim dəyişikliklərinin tənzimlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Buna görə də dəniz və okean ekosistemlərinin qorunması qlobal səviyyədə vacib hesab olunur.
Mənbə: World News
