11 C
Baku
30 Mart 2026, 22:19
Digər

Londonda keçirilən sərgi modanı necə dəyişdirdiyini nümayiş etdirir

Victoria and Albert Museum muzeyində məşhur italyan dizayner Elsa Schiaparellinin yaradıcılığına həsr olunmuş genişmiqyaslı sərgi açılıb.

“Schiaparelli: Moda sənətə çevrilir” adlı sərgidə dizaynerin avanqard və sürrealist üslubda hazırladığı geyimlər nümayiş olunur. Ekspozisiya modanın incəsənətlə əlaqəsini ön plana çıxararaq, geyimin yalnız estetik deyil, həm də ideya və düşüncə ifadəsi olduğunu göstərir.

Sərgidə Elsa Schiaparellinin 20-ci əsrin əvvəllərində yaratdığı cəsarətli dizaynların, dövrün ənənəvi gözəllik anlayışlarına necə meydan oxuduğu təqdim edilir. Onun işləri tez-tez sürrealist sənət nümayəndələri – Salvador Dalí, Man Ray və Jean Cocteau ilə əməkdaşlıq nəticəsində formalaşıb.

Sərgidə həmçinin brendin hazırkı kreativ direktoru Daniel Roseberrynin işləri də yer alır. Onun müasir yanaşması ilə Skiaparellinin irsi arasında paralellər qurularaq, modada sərhədləri aşan ideyaların bu gün də аktuallığını qoruduğu vurğulanır.

Kuratorların fikrincə, sərgi yalnız moda həvəskarları üçün deyil, həm də incəsənət və mədəniyyətlə maraqlananlar üçün əhəmiyyətli bir hadisədir.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Trampın 40 il əvvəlki çıxışı yenidən gündəmdə: İran nefti ilə bağlı çağırışlar müzakirə olunur VİDEO

Aynur Camal

Qadınlar niyə daha uzun yaşayır? – Alimlər səbəbləri açıqladı

Aynur Camal

Çin ilə Şimali Koreya arasında sərnişin uçuşları bərpa olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu