Bugun.tv xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Sənaye və Texnologiya Kollecində anım tədbiri təşkil olunub.
Tədbirdə əvvəlcə 1918-ci il hadisələrinin qurbanlarının, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydar Aliyev-in müstəsna rolu olub.
Tədbir çərçivəsində Vüsalə Əbdürrəhimova mövzu ilə bağlı ətraflı məlumat təqdim edib. Kollecin tarix müəllimləri Aynur Ağayeva və İlahə Hüseynova isə çıxışlarında tələbələrə 1918-ci il soyqırımı ilə bağlı tarixi faktları çatdıraraq, azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə danışıblar.
Sonda 31 Mart Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.




