Hindistan dünyanın ən sıx əhalili ölkəsi kimi tarixində ən genişmiqyaslı əhali siyahıyaalmasına start verir. Proses sabahdan etibarən başlayır və təxminən 1 il davam edəcək.
Məlumata görə, siyahıyaalma iki mərhələdən ibarət olacaq. İlk mərhələ sentyabr ayına qədər davam edəcək və bu müddətdə evlərin strukturu, yaşayış şəraiti və əsas infrastruktur imkanları qeydə alınacaq. İkinci mərhələdə isə əhalinin demoqrafik, iqtisadi və sosial göstəriciləri toplanacaq.
Layihə çərçivəsində 3 milyondan çox dövlət əməkdaşı sahədə fəaliyyət göstərəcək. Vətəndaşlara həm ev-ev gəzilərək sorğu, həm də 16 dildə təqdim edilən rəqəmsal platforma vasitəsilə məlumat vermək imkanı yaradılacaq.
Bildirilir ki, bu siyahıyaalma Hindistan hökumətinə təxminən 1,24 milyard dollara başa gələcək. Ən diqqətçəkən məqamlardan biri isə 1931-ci ildən bəri ilk dəfə kast sistemi ilə bağlı məlumatların da qeydə alınmasıdır.
Ekspertlər hesab edir ki, bu genişmiqyaslı proses ölkədə enerji, su, ərzaq və yaşayış planlamasının daha dəqiq aparılmasına şərait yaradacaq. Eyni zamanda, böyük şəhərlərdə ekoloji problemlərin və urbanizasiya çətinliklərinin həllinə töhfə verəcəyi gözlənilir.
Mənbə: TGRTHABER
