TASS-ın yaydığı məlumata görə, Donald Trump NATO-nu “kağız pələng” adlandırıb.
Məlumata əsasən, ABŞ lideri bu fikirləri Britaniyanın The Daily Telegraph qəzetinə verdiyi müsahibədə səsləndirib. Tramp bildirib ki, o, heç vaxt alyansın böyük tərəfdarı olmayıb.
“Mən heç vaxt NATO-nun təsiri altında olmamışam. Həmişə onların kağız pələng olduğunu düşünmüşəm və bunu, yeri gəlmişkən, (Rusiya Prezidenti) Vladimir Putin də bilir”, – deyə o qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl də NATO-nun fəaliyyətini tənqid edən açıqlamaları ilə gündəmə gəlib və alyansın effektivliyi ilə bağlı şübhələrini dəfələrlə dilə gətirib.
Mənbə: TASS
