Siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ prezidenti Donald Trump-ın NATO ilə bağlı mövqeyini sərt şəkildə tənqid etdiyini və gələcəkdə bu təşkilata alternativ hərbi blokun yaradılmasının mümkünlüyünü gündəmə gətirdiyini bildirib.
Ekspertin öz öz sosial media hesabındakı sözlərinə görə, Tramp NATO-nun İran məsələsində tutduğu mövqedən narazıdır və belə yanaşma davam edərsə, müharibədən sonra ABŞ-ın NATO-dan çıxması məsələsini nəzərdən keçirə biləcəyini vurğulayıb. Qeyd olunub ki, Tramp uzun müddətdir alyansı tənqid edir və Vaşinqtonun bu qurumda iştirakının məqsədəuyğunluğunu tez-tez sual altına alır.
M. Əsədullazadə hesab edir ki, Tramp BMT-yə alternativ kimi düşündüyü “Sülh şurası” tipli yeni bir platforma üzərindən NATO-ya alternativ hərbi-siyasi blok formalaşdırmağa cəhd göstərə bilər. Bununla yanaşı, Fransanın da zaman-zaman NATO-nun effektivliyini tənqid edərək European Union çərçivəsində müstəqil hərbi güc ideyasını dəstəklədiyi vurğulanıb.
Ekspert əlavə edib ki, ABŞ NATO-dan rəsmi şəkildə çıxmasa belə, paralel olaraq yeni ittifaqlar yarada və Avropadakı hərbi mövcudluğunu qismən azalda bilər. Bu isə resursların daha çox Çinlə strateji rəqabətə yönəldilməsi ilə əlaqələndirilir.
Onun fikrincə, ABŞ-ın NATO-dan çıxması praktik baxımdan çətin prosesdir və bunun üçün Konqresin dəstəyi tələb olunur. Eyni zamanda, NATO kimi möhkəm institusional və hərbi struktura malik bir təşkilatın yerini yeni yaradılacaq blokun tutması real şəraitdə olduqca mürəkkəbdir.
