16 C
Baku
7 Aprel 2026, 16:35
Digər

Vüqar Bayramov: Gürcüstandan idxalda qida məhsulları üstünlük təşkil edir

İqtisadçı deputat Vüqar Bayramov İlham Əliyev-in Gürcüstan-a dövlət səfəri fonunda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə dair fikirlərini bölüşüb.

Deputat qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq iqtisadi münasibətlərin dərinləşməsinə mühüm imkanlar yaradır. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın Gürcüstana ixracı 712.7 milyon dollar təşkil edib ki, bunun 347.9 milyon dolları qeyri-neft-qaz məhsullarının payına düşür. Bu isə o deməkdir ki, ötən il Gürcüstana 364.8 milyon dollar dəyərində enerji məhsulları ixrac olunub.

Vüqar Bayramov bildirib ki, eyni dövrdə Azərbaycan Gürcüstandan 168.7 milyon dollar dəyərində idxal həyata keçirib.

Deputatın sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında 1002 məhsul kodu üzrə ticarət əməliyyatları aparılıb. Gürcüstandan idxal edilən əsas məhsullar sırasında sular və alkoqolsuz içkilər (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər (10.3 milyon dollar), kartof (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), toyuq əti və əlavə məhsulları (6.7 milyon dollar), keramik üzlük plitələr (5.4 milyon dollar) və digər məhsullar yer alır.

Bundan əlavə, alkoqolsuz içkilər, elektrik enerjisi, şüşə qablar, plastik qapaqlar, quş yumurtası, poçt və aksiz markaları, eləcə də çörək və qənnadı məhsulları da idxal siyahısında diqqət çəkən mövqelərdədir.

Deputat vurğulayıb ki, Gürcüstandan idxal olunan məhsulların strukturunda əsasən qida və içki məhsulları üstünlük təşkil edir. Bu isə gələcəkdə həmin məhsulların Azərbaycanda yerli istehsalının genişləndirilməsi üçün əlavə imkanlar yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Luqanskın tam işğalını iddia edir – reallıq isə fərqlidir

Aynur Camal

Rusiya Buşehr AES-dən işçilərini təxliyə edib

Aynur Camal

The Times: Müctəba Xamenei ağır yaralanıb – iddia

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu