Digər

Şimali Kore Şərq dənizinə çoxsaylı ballistik raketlər buraxdı

Şimali Koreya Şərq dənizi istiqamətinə bir neçə qısa mənzilli ballistik raket buraxıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, raketlər yerli vaxtla səhər saat 08:50 radələrində Vonsan bölgəsindən buraxılıb və təxminən 240 kilometr məsafə qət edib.

Açıqlamada qeyd olunub ki, Cənubi Koreya ordusu ABŞ ilə birlikdə vəziyyəti yaxından izləyir və istənilən təxribat halına qarşı sərt cavab verməyə hazırdır.

Bildirilir ki, bu sınaqdan əvvəl Şimali Koreyanın həyata keçirdiyi raket buraxılışı uğursuz olub. Son hadisənin vaxtı isə diqqət çəkib. Belə ki, Cənubi Koreya Prezidenti Lee Jae Myungın Pxenyana göndərilən pilotsuz uçuş aparatlarının gərginliyi artırdığına dair açıqlamasından dərhal sonra bu addım atılıb.

Eyni zamanda, Şimali Koreya lideri Kim Jong-unun bacısı Kim Yo Jong Seulu ehtiyatsız hərbi addımlardan çəkinməyə çağırıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu