12 C
Baku
9 Aprel 2026, 22:56
Digər

Pakistanda ABŞ–İran danışıqları keçiriləcək: Gündəmdə nələr var?

Pakistannın paytaxtı İslamabad bu həftəsonu ABŞ ilə İran arasında yüksək səviyyəli danışıqlara ev sahibliyi edəcək.

Məlumata əsasən, görüşlər ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs fonunda baş tutacaq. Lakin tərəflər arasında dərin etimadsızlıq və regionda davam edən gərginlik danışıqlar prosesini çətinləşdirir.

Qeyd olunur ki, danışıqların əsas məqsədi münaqişənin diplomatik yollarla həllinə nail olmaqdır. Görüşlərin yerli vaxtla şənbə günü başlaması planlaşdırılır və prosesin 15 günə qədər davam edə biləcəyi bildirilir.

ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik edəcək. Heyətdə həmçinin Donald Trumpın xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşnerin də yer alacağı gözlənilir.

İran tərəfini isə parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin təmsil edəcəyi bildirilir.

Danışıqların Serena Hotel Islamabaddə keçirilməsi planlaşdırılır. Təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərin mərkəzi hissələri bağlanıb və paytaxtda xüsusi rejim tətbiq olunub.

Məlumata görə, tərəflər birbaşa deyil, dolayı danışıqlar aparacaq – nümayəndə heyətləri ayrı otaqlarda yerləşəcək, vasitəçilik rolunu isə Pakistan rəsmiləri oynayacaq.

Ekspertlər hesab edir ki, Pakistanın vasitəçi kimi seçilməsi onun həm Vaşinqton, həm də Tehranla münasibətlərini qoruyub saxlaması ilə bağlıdır.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

Həkim xəbərdarlıq edir: səhər xəbərləri oxumaq libidonu azalda bilər

Aynur Camal

Mütəxəssis: Kartof orqanizm üçün vacib kalium mənbəyidir

Aynur Camal

Trampdan İrana xəbərdarlıq: “Razılaşma olmazsa, bu onlar üçün çox ağrılı olacaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu