İranın Hörmüzqan vilayətinin Minab şəhərində ibtidai məktəbə edilən hücum nəticəsində həyatını itirən şagirdlər faciənin 40-cı günündə anılıb.
ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başladığı hücumların ilk günündə baş verən hadisə münaqişənin ən faciəli epizodlarından biri kimi qiymətləndirilir.
Məlumata görə, məktəbə endirilən zərbə 40 dəqiqə fasilə ilə iki dəfə həyata keçirilib. Nəticədə çox sayda şagird və müəllim həyatını itirib.
Faciədən sonra ailələr övladlarının məzarlarını ziyarət edərək göz yaşları töküb. Sosial mediada yayılan görüntülərdə valideynlərin övladlarının qəbirləri üzərində ağladıqları əks olunub.
Qeyd edək ki, ABŞ-İran arasında 40 gün davam edən qarşıdurmadan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunub.

Hadisə ilə bağlı açıqlama verən ABŞ müdafiə naziri Pete Hegseth məktəbə hücumla bağlı araşdırmanın başladıldığını bildirib. O, ABŞ ordusunun mülki obyektləri hədəf almadığını vurğulayıb.
Ağ Evin sözçüsü Karoline Leavitt isə ABŞ-ın məktəbi vurduğuna dair dəqiq məlumat olmadığını qeyd edərək, məsələnin araşdırıldığını bildirib.
Mənbə: Ensonhaber
