12 C
Baku
10 Aprel 2026, 23:44
Digər

Neft emalı zavodunda yanğın: xəsarət alan yoxdur

Meksikanın cənubunda yerləşən Olmeca Refinery neft emalı zavodunda yanğın baş verib.

Məlumata görə, yanğın zavod ərazisində yerləşən kok kömürü saxlama sahəsində qeydə alınıb. Hadisənin başvermə səbəbi hələlik dəqiqləşdirilməyib.

Zavodu idarə edən dövlət şirkəti Pemex tərəfindən verilən açıqlamada bildirilib ki, yanğına 150 nəfərlik heyətlə müdaxilə edilib.

Meksika prezidenti Claudia Sheinbaum sosial şəbəkə hesabında paylaşım edərək bildirib:

“Yanğın yalnız kok kömürü sahəsi ilə məhdudlaşıb və nəzarət altına alınıb. Heç bir xəsarət alan yoxdur”.

O, həmçinin əlavə edib ki, yanğının söndürülməsində Müdafiə Nazirliyi, Hərbi Dəniz Qüvvələri və yerli qurumlar da iştirak edib.

Eyni müəssisədə ikinci yanğın

Qeyd edək ki, bu hadisə son bir ay ərzində eyni zavodda baş verən ikinci yanğındır. Daha əvvəl – martın 17-də baş verən yanğında 5 nəfər həyatını itirmişdi.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu