13 C
Baku
10 Aprel 2026, 22:52
Digər

Trampdan sərt xəbərdarlıq: Danışıqlar uğursuz olsa, İrana yeni zərbələr endiriləcək

Donald Trump ABŞ-İran danışıqlarının nəticəsiz qalacağı təqdirdə Tehrana qarşı yeni hərbi əməliyyatların mümkün olduğunu bildirib.

ABŞ prezidenti New York Post qəzetinə müsahibəsində qeyd edib ki, Pakistan vasitəçiliyi ilə keçirilən danışıqlar uğursuz olarsa, ABŞ hərbi gəmiləri zərbələr üçün hazır vəziyyətə gətirilir.

Tramp bildirib:

“Yenidən başlamağa hazırıq. Gəmiləri ən yaxşı silahlarla doldururuq. Əgər razılaşma əldə olunmasa, onlardan istifadə edəcəyik və bunu çox effektiv edəcəyik”.

Qərar yaxın saatlarda məlum ola bilər

ABŞ lideri danışıqların taleyinin qısa müddətdə bəlli olacağını vurğulayıb:

“Təxminən 24 saat ərzində hər şey aydın olacaq.”

Gərginlik artmaqda davam edir

Qeyd edək ki, ABŞ ilə İran arasında artan gərginlik fonunda Pakistanın paytaxtı İslamabad şəhərində yüksək səviyyəli danışıqlar keçirilir.

Daha əvvəl də Tramp özünün Truth Social hesabında “Dünyanın ən güclü yenilənməsi” ilə bağlı diqqətçəkən paylaşım etmişdi.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu