Siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ prezidenti Donald Trumpın Roma Papasına qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Ekspert sosial media hesabında paylaşımında qeyd edib ki, Trampın İranla bağlı mövqeyinə görə Roma Papasını hədəf alması xristian dünyasında ona qarşı nifrətin artmasına səbəb ola bilər.
Onun sözlərinə görə, bu proses fonunda Benjamin Netanyahunun da son dövrlərdə İsa peyğəmbər haqqında səsləndirdiyi iddia olunan mənfi fikirlər diqqət çəkir.
M. Əsədullazadə bildirib ki, Trampın bu cür çıxışları onun yəhudi lobbilərinin təsiri altında olduğunu göstərir və İsrailin maraqlarını qorumağa yönəlib. Ekspert hesab edir ki, bu yanaşma Roma Papasının mövqeyinə qarşı yönəlib və onun sülh çağırışlarını kölgədə qoymağa çalışır.
Siyasi şərhçi vurğulayıb ki, Papa XIV Leo dünyada sülh və sabitliyin tərəfdarı kimi tanınır və İranla müharibəyə qarşı çıxış edib. Onun sözlərinə görə, belə bir dini liderə qarşı sərt ifadələrin işlədilməsi xüsusilə Pasxa dövründə ciddi rezonans doğura bilər.
Ekspert əlavə edib ki, bu cür ritorika beynəlxalq münasibətlərdə gərginliyi daha da artırmaqla yanaşı, dini həssaslıqları da alovlandıra bilər.
