10 C
Baku
13 Aprel 2026, 21:32
Digər

Aİ-nin enerji xərcləri 44 gündə 22 milyard avrodan çox artıb

Avropa İttifaqının enerji idxalı xərcləri Yaxın Şərqdə baş verən hadisələr fonunda kəskin şəkildə yüksəlib.

Aİ Komissiyasının sədri Ursula von der Leyen Brüsseldə keçirilən iclasdan sonra bildirib ki, münaqişənin başlanmasından keçən 44 gün ərzində fosil yanacaq idxalı üzrə xərclər 22 milyard avrodan çox artıb.

Onun sözlərinə görə, regionda elan olunan atəşkəsə baxmayaraq, danışıqların dalana dirənməsi və xüsusilə Hörmüz boğazının bağlı qalması enerji bazarına ciddi təsir göstərir.

Von der Leyen qeyd edib ki, boğazda gəmiçiliyin məhdudlaşdırılması enerji təchizatını çətinləşdirir və bu vəziyyət birbaşa olaraq vətəndaşların gündəlik xərclərində – yanacaq qiymətlərində və kommunal ödənişlərdə hiss olunur.

O, həmçinin Livana qarşı hücumların davam etməsinin regionda sabitliyi daha da təhlükə altına aldığını və prosesə mənfi təsir etdiyini vurğulayıb.

Aİ rəsmisi bildirib ki, enerji böhranının təsirlərini azaltmaq üçün üzv ölkələr arasında koordinasiya gücləndiriləcək, qaz anbarlarının doldurulması və neft ehtiyatlarının istifadəsi birgə şəkildə tənzimlənəcək.

Von der Leyen əlavə edib ki, hazırkı vəziyyət Aİ-nin fosil yanacaqlardan asılılığının ciddi nəticələrini göstərir və gələcəkdə daha çox bərpa olunan və nüvə enerjisinə keçidin vacibliyini bir daha ortaya qoyur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada kosmik sahəyə maraq yüksəkdir, lakin inkişafla bağlı fikirlər birmənalı deyil

Aynur Camal

ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb

Aynur Camal

Nadir bozqır lalələri təbiəti qırmızıya boyadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu