ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya buradan çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq etməyə başlayıb.
Qurumun açıqlamasına görə, qərar Donald Trumpın göstərişi əsasında 13 aprel tarixindən qüvvəyə minib. Bildirilir ki, blokada İranın bütün limanlarını və sahil ərazilərini əhatə edir.
Məlumata əsasən, bu tədbir Fars körfəzi və Umman körfəzi daxil olmaqla regiondakı bütün dəniz marşrutlarına şamil olunur.
Açıqlamada qeyd edilib ki, blokada “neytral şəkildə” həyata keçiriləcək və İran limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə tətbiq olunacaq.
Mənbə: Anadolu Agentliyi
