11 C
Baku
21 Aprel 2026, 14:49
Digər

İranın İslamabaddakı səfiri: “İran təhdid altında danışıqlara getməz”

İranın İslamabaddakı səfiri Rza Emiri Muqaddam ölkəsinin təhdid və təzyiq altında danışıqlar aparmayacağını bəyan edib.

Diplomat X sosial şəbəkəsində paylaşdığı açıqlamada İran və ABŞ arasında Pakistan vasitəçiliyi ilə İslamabad şəhərində keçirilməsi planlaşdırılan, lakin hələ baş tutmayan görüşlərə münasibət bildirib.

Səfir qeyd edib ki, ABŞ-ın dəniz blokadası kimi addımları səbəbindən danışıqlar hələlik reallaşmayıb. O vurğulayıb ki, “böyük sivilizasiyaya sahib heç bir ölkə təhdid və güc altında danışıqlar aparmaz”.

Muqaddam əlavə edib ki, bu yanaşma “İslami prinsip” hesab olunur və onun sözlərinə görə, ABŞ hələ də bu reallığı tam anlamayıb.

Qeyd edək ki, son dövrlər İran ilə ABŞ arasında münasibətlər yenidən gərginləşib və tərəflər arasında mümkün danışıqlar beynəlxalq diqqət mərkəzindədir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Təhsildən iş həyatına keçid” mövzusunda təlim keçirilib

Aynur Camal

ABŞ Konqresində müharibə əleyhinə etiraz: onlarla şəxs saxlanıldı

Aynur Camal

WSJ: Tramp əməliyyat zamanı əsəb gərginliyinə görə qərargahdan uzaqlaşdırılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu