11 C
Baku
21 Aprel 2026, 17:44
Digər

“Təhsildən iş həyatına keçid” mövzusunda təlim keçirilib

Bugun.tv-yə daxil olan məlumata görə, Sənaye və Texnologiya Kollecində gənclərin əmək bazarına uyğunlaşması məqsədilə “Təhsildən iş həyatına keçid” mövzusunda təlim təşkil olunub.

Bildirilib ki, tədbir kollecin direktoru, professor Nəsim Abışovun təşəbbüsü ilə məzun bazasının yaradılması istiqamətində həyata keçirilən işlər çərçivəsində baş tutub. Təlim tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimovanın rəhbərliyi ilə keçirilib.

Təlimi kollecin məzunu Gültəkin Əliyeva aparıb. Tədbirdə tədris və tərbiyə işləri üzrə direktor müavinləri, baş mühasib, şöbə müdirləri, tyutorlar və kollecin psixoloqu iştirak ediblər.

Təlim zamanı iştirakçılara təhsil dövründə əldə olunan bilik və bacarıqların əmək bazarında tətbiqi, eləcə də peşəkar inkişaf mərhələləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdimat ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, tədbirin əsas məqsədi tələbə və məzunların təhsilə marağını artırmaq, onların gələcək karyera inkişafına dəstək göstərməkdir.

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-la ikinci sülh danışıqlarına razılaşdı: əsas maneə nüvə proqramı və Hörmüz böhranı

Aynur Camal

Makron və Tusk nüvə təlimlərini müzakirə edib

Aynur Camal

ABŞ Konqresində müharibə əleyhinə etiraz: onlarla şəxs saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu