Bosniya və Herseqovinanın tərkib hissəsi olan Serb Respublikası NATO-ya qoşulmayacaq və hərbi neytrallıq siyasətini davam etdirəcək.
Bu barədə Bosniya serblərinin lideri Milorad Dodik Banya Luka şəhərində Aleksandr Qruşko ilə görüşdən sonra açıqlama verib.
Dodik bildirib ki, Serb Respublikası Rusiya ilə strateji əməkdaşlığı davam etdirəcək və Moskvaya qarşı sanksiyalara qoşulmayacaq. O, həmçinin Rusiyanın “xüsusi hərbi əməliyyatına” dəstəyini bir daha ifadə edib.
Bundan əlavə, Dodik Deyton Sülh Sazişi çərçivəsində Rusiyanın mövqeyini dəstəkləyərək, bu sazişin qorunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina iki əsas qurumdan — Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasından, eləcə də Brçko rayonundan ibarətdir.
Mənbə: TASS
