Digər

Donald Tramp İrana təşəkkür etdi: “Yüzlərlə gəmini bizə göndərdi”

ABŞ Prezidenti Donald Tramp İran ilə bağlı açıqlamalarında maraqlı iddialar səsləndirib.

Tramp bildirib ki, ABŞ İranla qarşıdurmanı “açıq fərqlə qazandığını” düşünür və tətbiq edilən iqtisadi blokada Tehrana ciddi zərbə vurub. Onun sözlərinə görə, İran gündə təxminən 500 milyon dollar itirir.

ABŞ lideri həmçinin iddia edib ki, blokada nəticəsində İran neft tələbatını ödəmək üçün marşrutunu ABŞ-a yönəldib və yüzlərlə gəmi xüsusilə Texas, Luiziana və Alyaska istiqamətinə göndərilib. Tramp bu vəziyyətə görə İrana təşəkkür edib.

O, eyni zamanda The New York Times, The Wall Street Journal və The Washington Post kimi media qurumlarını “saxta xəbər yaymaqda” ittiham edib.

Trampın açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda səslənib və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Mənbə: TGRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu