13 C
Baku
22 Aprel 2026, 23:55
Digər

Tokayev: Aral gölünün quruyan hissəsindən yayılan duz və kimyəvi maddələr sərhədləri aşır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, quruyan Aral gölünün dibindən hər il milyonlarla ton duz və kimyəvi maddə atmosferə yayılır və bunun təsiri region sərhədlərini aşır.

Bu açıqlama Astana şəhərində keçirilən Beynəlxalq Aral Gölünü Xilasetmə Fondu Dövlət Başçıları Zirvəsində səsləndirilib.

Zirvədə Şavkat Mirziyoyev, Serdar Berdiməhəmmədov, Emoməli Rəhmon və Sadır Japarov da iştirak ediblər.

Tokayev qeyd edib ki, Aral hövzəsinin qorunması beynəlxalq əhəmiyyət daşıyır və bu problem artıq qlobal diqqət mərkəzindədir. Onun sözlərinə görə, son illərdə bəzi müsbət irəliləyişlər əldə olunsa da, ümumi ekoloji vəziyyət hələ də ciddi narahatlıq doğurur.

Prezident vurğulayıb ki, Şimali Aral hissəsində su həcmi artsa da, region üzrə temperaturun 2-2,5 dərəcə yüksəlməsi, yağıntıların azalması və quraqlığın artması nəticəsində toz fırtınaları daha tez-tez baş verir.

O, əlavə edib ki, Aral gölünün quruyan dibindən qalxan duz və kimyəvi maddələr təkcə Mərkəzi Asiyanı deyil, daha uzaq bölgələri də təsir altına alır.

Tokayev su məsələsinin Orta Asiya üçün strateji əhəmiyyət daşıdığını bildirərək, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində beynəlxalq su qurumunun yaradılmasını, regional su siyasətlərinin uyğunlaşdırılmasını və su resurslarının rəqəmsal monitorinqinin tətbiqini təklif edib.

Zirvə yekununda liderlər 26 mart tarixinin “Beynəlxalq Aral Günü” elan olunması ilə bağlı qərarı və Astana Bəyannaməsini imzalayıblar.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Xristian əhalisi azalır? İsrail siyasəti ilə bağlı narahatlıqlar artır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Aİ-nin Ukraynaya yardımlarının artması Rusiyaya təzyiqi gücləndirir

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu