Digər

ABŞ, İran əməliyyatlarını dəstəkləməyən NATO ölkələrinə sanksiya planı hazırlayır – iddia

Reuters-ın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentagon) İranla bağlı hərbi əməliyyatlara dəstək verməyən NATO ölkələrinə qarşı sanksiya və təzyiq mexanizmlərini əhatə edən plan hazırlayıb.

İddiaya əsasən, Pentagon tərəfindən ABŞ hökumətinə göndərildiyi bildirilən daxili e-poçtda NATO daxilində bəzi müttəfiq ölkələrin mövqeyinin yenidən qiymətləndirilməsi təklif olunur. Sənəddə İran əməliyyatlarına dəstək verməyən ölkələrin ittifaq daxilində rolunun azaldılması ehtimalı da müzakirə edilib.

Məlumata görə, ABŞ rəsmisi NATO üzvləri arasında İran əməliyyatları zamanı hərbi baza istifadəsi və uçuş icazələri ilə bağlı yaranan fikir ayrılıqlarının Vaşinqtonda narahatlıq doğurduğunu bildirib.

İddialarda ən çox diqqət çəkən məqamlardan biri İspaniyanın NATO-dan çıxarılması ehtimalının müzakirə edilməsi olub. Həmçinin bəzi ölkələrin alyans daxilində mühüm vəzifələrdən uzaqlaşdırılması variantı da gündəmdədir.

Bundan başqa, ABŞ-ın Böyük Britaniya ilə münasibətlərində Falkland Adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə biləcəyi də iddialar arasında yer alır.

Pentagon sözçüsü isə açıqlamasında bildirib ki, bu cür sənədlər daxili qiymətləndirmə xarakteri daşıyır və prezidentə müxtəlif siyasi variantların təqdim olunması normal prosedurdur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump daha əvvəl NATO ölkələrini ittifaq daxilində kifayət qədər öhdəlik yerinə yetirməməkdə ittiham etmişdi.

Mənbə: EnsonHaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu