Digər

Hürmüzdə kritik keçid: Yaponiyanın super tankeri boğazdan yüklü şəkildə keçdi

Qlobal enerji bazarlarının diqqət mərkəzində olan Hürmüz Boğazı-nda mühüm hadisə baş verib. ABŞ və İran arasında gərginliyin fonunda Yaponiyaya məxsus super tanker boğazdan uğurla keçib.

Məlumata görə, Idemitsu Kosan şirkətinə məxsus Idemitsu Maru adlı tanker Basra körfəzindən çıxaraq boğazı keçən ilk rafineri gəmisi olub. Gəmi təxminən 14 knot (26 km/saat) sürətlə hərəkət edib.

2 milyon barel neft daşıyır

“Çox böyük xam neft daşıyıcısı” (VLCC) sinfinə aid olan tanker təxminən 2 milyon barel neft yükləyib. Gəminin Səudiyyə Ərəbistanından Asiyaya, əsasən də Yaponiyaya doğru hərəkət etdiyi və may ayının ortalarında təyinat nöqtəsinə çatacağı gözlənilir.

Diplomatik nəticə kimi qiymətləndirilir

Yapon rəsmilər bildiriblər ki, bu keçid hökumətin apardığı danışıqların nəticəsidir və boğazdan keçid üçün heç bir əlavə ödəniş edilməyib. İran mediası isə gəminin onların icazəsi ilə keçdiyini açıqlayıb.

Enerji bazarları üçün siqnal

Ekspertlər bu hadisəni İranABŞ arasında gərginliyin yumşalmasına dair mümkün siqnal kimi qiymətləndirir. Son həftələrdə Hürmüz boğazından keçən tanker trafiki demək olar ki, dayanmışdı.

Qeyd edək ki, dünya neft ticarətinin böyük hissəsi məhz Hürmüz Boğazı vasitəsilə həyata keçirilir və burada baş verən hər hansı dəyişiklik qlobal bazarlara birbaşa təsir edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu