14 C
Baku
30 Aprel 2026, 13:54
Digər

Süni intellekt dünyasında gələcəyi formalaşdıracaq tarixi məhkəmə işi gözlənilir

Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan OpenAI ilə texnologiya milyarderi Elon Musk arasında davam edən məhkəmə çəkişməsi yeni mərhələyə qədəm qoyub. Ekspertlər bu hüquqi mübarizənin süni intellekt sektorunun gələcəyini müəyyən edə biləcəyini bildirirlər.

Məlumata görə, tərəflər arasındakı fikir ayrılığı 2015-ci ilə dayanır. Həmin dövrdə OpenAI, Elon Musk, Sam AltmanGreg Brockman tərəfindən qeyri-kommersiya məqsədli, açıq mənbəli tədqiqat təşkilatı kimi yaradılmışdı. Layihənin əsas məqsədi süni intellekt texnologiyalarının insanlığın rifahına xidmət etməsi idi.

Lakin 2018-ci ildə Elon Musk-ın idarə heyətindən ayrılmasından sonra şirkətin inkişaf istiqamətində ciddi dəyişikliklər baş verib. OpenAI sonradan kommersiya strukturu yaradaraq Microsoft ilə iri həcmli tərəfdaşlıq sazişi imzalayıb. Musk isə bu addımı təşkilatın ilkin missiyasından uzaqlaşma kimi qiymətləndirib.

Kaliforniyada davam edən məhkəmə prosesində Musk OpenAI-nin fəaliyyətini tənqid edərək, şirkətin artıq qapalı və kommersiya yönümlü quruma çevrildiyini iddia edir. O, 150 milyard dollarlıq təzminat tələb edərək bu vəsaitin təşkilatın xeyriyyə məqsədli fəaliyyətlərinə yönəldilməsini istəyir.

OpenAI tərəfi isə ittihamları rədd edir və bildirir ki, Elon Musk-ın iddiaları reallığı əks etdirmir. Şirkət nümayəndələri məhkəməyə təqdim etdikləri sübutlarda Muskın əvvəllər OpenAI-ni kommersiya modelinə keçirmək və idarə etmək niyyətində olduğunu qeyd ediblər. Onların fikrincə, bu məhkəmə çəkişməsi daha çox Musk-ın öz süni intellekt şirkəti xAI üçün üstünlük qazanmaq cəhdidir.

Ekspertlərin qiymətləndirməsinə görə, məhkəmənin yekun qərarı süni intellekt texnologiyalarının gələcək inkişaf modelinə – ictimai fayda prinsipi əsasında qalacağına, yoxsa tam kommersiya məhsuluna çevriləcəyinə – ciddi təsir göstərə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kefir hipertoniklər və diabet xəstələri üçün faydalı hesab edildi

Aynur Camal

Putin və Tramp Zelenskiyə mesaj göndərdi

Aynur Camal

Donald Tramp: İranla danışıqları telefon vasitəsilə aparırıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu