14 C
Baku
30 Aprel 2026, 14:58
Digər

Donald Tramp: İranla danışıqları telefon vasitəsilə aparırıq

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların hazırda telefon vasitəsilə davam etdiyini açıqlayıb. O bildirib ki, artıq görüşlər üçün uzunmüddətli səfərlərə ehtiyac qalmayıb.

Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, Vaşinqton ilə Tehran arasında fevralın 28-də başlayan münaqişədən sonra əldə olunan atəşkəsə baxmayaraq, danışıqlarda qeyri-müəyyənlik qalmaqdadır.

Prezident vurğulayıb ki, tərəflər arasında təmaslar davam edir: “Artıq hər dəfə bir sənədi görmək üçün 18 saatlıq uçuşlar etmirik. Danışıqları telefon vasitəsilə aparırıq”.

Bununla belə, Tramp üzbəüz görüşlərə üstünlük verdiyini qeyd edib və mümkün razılaşmanın İranın nüvə silahı əldə etmək planlarından tamamilə imtina etməsindən asılı olduğunu bir daha təkrarlayıb.

Xatırladaq ki, ABŞ və İran arasında 8 aprel tarixində atəşkəs razılaşması əldə olunsa da, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb. Bundan sonra ABŞ aprelin 13-də İranla bağlı “dəniz blokadası” qərarı qəbul edib və Hörmüz boğazında İranla əlaqəli gəmilərə müdaxiləyə başlayıb.

Məlumata görə, ABŞ bu müddətdə Oman dənizi və Hind okeanında İrana məxsus bəzi ticarət gəmilərini ələ keçirib. İran isə cavab olaraq Hörmüz boğazı yaxınlığında, o cümlədən İsraillə əlaqəli olduğu bildirilən bəzi gəmilərə müdaxilə edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Kefir hipertoniklər və diabet xəstələri üçün faydalı hesab edildi

Aynur Camal

Putin və Tramp Zelenskiyə mesaj göndərdi

Aynur Camal

9 May paradında bu il hərbi texnika iştirak etməyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu