Digər

ABŞ-da tennis topu böyüklüyündə dolu yağdı: avtomobillər yararsız hala düşdü- VİDEO

ABŞ-da tennis topu böyüklüyündə dolu yağdı: avtomobillər yararsız hala düşdü

ABŞ-ın Missuri ştatında güclü dolu yağışı ciddi fəsadlara səbəb olub. Springfield şəhərində müşahidə olunan hadisə zamanı tennis topu böyüklüyündə yağan dolu minlərlə avtomobilə ziyan vurub.

Hadisə nəticəsində çoxsaylı nəqliyyat vasitələri ciddi zədələnərək yararsız hala düşüb. Bölgədə fəaliyyət göstərən Hammer’s Autoworks təmir mərkəzi son 24 saat ərzində avtomobillərinə zərər dəyən müştərilərdən mindən çox müraciət aldıqlarını açıqlayıb.

Şirkətin rəhbəri Aaron Bruton bildirib ki, bir çox avtomobilin zədələnmə səviyyəsi o qədər yüksəkdir ki, onları bərpa etmək mümkün deyil.

Sığorta şirkətləri də genişmiqyaslı ziyan səbəbindən əraziyə xüsusi qruplar göndərib.

Təbii hadisə yalnız maddi zərərlə məhdudlaşmayıb. Dickerson Park Zoo ərazisində yerləşən zooparkda emu növünə aid bir quş tələf olub, nandu növündən olan başqa bir quş isə yaralanıb.

 

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu