İranın paytaxtı Tehranın qərbində yerləşən Erguvan ticarət mərkəzində yanğın baş verib.
Bugun.tv xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, yanğın nəticəsində qalxan tüstü şəhərin uzaq ərazilərindən də müşahidə olunub.
Hadisə baş verən anda binada olan şəxslərin təxliyə edildiyi bildirilir. Hazırda yanğının söndürülməsi istiqamətində yanğınsöndürmə briqadalarının işi davam edir.
Yanğının hansı səbəbdən baş verdiyi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə: TrtHaber
