Dünya

CNN: ABŞ və İsrailin İrana mümkün hərbi təzyiq planı gündəmdədir

Bugun.tv xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı təzyiqi artırmaq məqsədilə mümkün hərbi əməliyyat variantlarını nəzərdən keçirdiyi iddia olunur.

Amerikanın CNN telekanalının məlumatına görə, Vaşinqtonla Tehran arasında Hörmüz boğazında gərginliyin artdığı bir vaxtda, İsrail və ABŞ İranı danışıqlarda daha çox güzəştə məcbur etmək üçün qısamüddətli hərbi əməliyyat planı üzərində işləyir.

CNN-ə danışan israilli mənbə bildirib ki, mümkün hücumların əsas hədəfləri İranın enerji infrastrukturu və yüksək vəzifəli rəsmiləri ola bilər. Mənbənin sözlərinə görə, plan əsasən ötən ay əldə olunmuş atəşkəsdən əvvəl hazırlanıb və əməliyyatın başlayıb-başlamayacağı barədə son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 4-dən etibarən Hörmüz boğazında ilişib qalan, Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan neytral ölkələrə məxsus gəmilərin təhlükəsiz keçidinə yardım göstəriləcəyini açıqlayıb. “Azadlıq Layihəsi” adlandırılan bu prosesə ABŞ Mərkəzi Komandanlığının 15 min hərbçisi, 100-dən çox quru və dəniz vasitəsi, eləcə də idarəolunan raket daşıyan hərbi gəmilər cəlb olunacaq.

Bölgədə gərginlik İranın ABŞ-a məxsus hərbi gəmini Hörmüz boğazı yaxınlığında hədəfə aldığı barədə xəbərlərdən sonra daha da artıb. Lakin ABŞ Mərkəzi Komandanlığı bu iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Məkkəyə icazəsiz daxil olmağa çalışan 5 zəvvar saxlanıldı

Aynur Camal

Ticarət mərkəzində yanğın baş verdi

Aynur Camal

Fraport Yaxın Şərqdəki gərginliyə baxmayaraq 2026-cı il hədəflərini saxlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu